Xəbərlər

AITF - Fuad Nağıyev: "Yeni inkişaf strategiyası turizmin bərpasına nəfəs verəcək"

Fuad Nağıyev: "Yeni inkişaf strategiyası turizmin bərpasına nəfəs verəcək"

04.08.2022

Xəbərlər

"2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” koronavirus (COVID-19) pandemiyasından sonra Azərbaycanda turizm sektorunun bərpasına yeni nəfəs verəcək".

"Report"un məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Postpandemiya dövründə Azərbaycan turizmi” mövzusunda keçirilən konfransda bildirib.

O, strategiyanın icrasının ölkədə yeni turizm və rekreasiya zonaları yaradılmasına, daxili və gəlmə turizmində mövsümiliyin aradan qaldırılmasına və turizm sektorunun davamlı inkişafına dəstək olacağını da bildirib.

F.Nağıyev Agentlik üçün postpandemiya dövründə turizm sahəsində biznes mühitinin yaxşılaşdırılması, hədəf turizm bazarları ilə nəqliyyat-kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi və şaxələndirilməsinin əsas fəaliyyət istiqamətlərindən biri olacağını vurğulayıb.

Turizm sənayesi nümayəndələrinin ötən dövr ərzində səmərəli fəaliyyət göstərdiklərini və turizmin inkişafı istiqamətində görülən işlərdə yaxından iştirak etdiklərini qeyd edən sədr turizm agentliklərini Azərbaycanı yenidən əcnəbi qonaqlar üçün seçilən turizm destinasiyasına çevirmək üçün aktiv fəaliyyət göstərməyə çağırıb.

Konfransda həmçinin ölkəyə səfər edən əcnəbilərin gəlmə statistikasını izləmək üçün Agentliyin rəsmi internet səhifəsində yerləşdirilən interaktiv panel bölməsinin təqdimatı keçirilib.

Turizm sənayesi nümayəndələrinə “Turistlərin məmnunluğu və loyallığının təhlili” adlı araşdırma layihəsinin nəticələri təqdim edilib.