3-5 aprel 2024-cü il tarixlərində Bakı Ekspo Mərkəzində 20-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF” sərgisi öz qapılarını ziyarətçilərin üzünə açacaq.
Bu unikal tədbir turizm üzrə xidmət və təkliflərin geniş spektrini təklif edən turizm bazarının aparıcı iştirakçılarını növbəti dəfə bir araya gətirəcək və aşağıdakı istiqamətləri əhatə edəcəkdir:
Əvvəlki illərdə olduğu kimi, sərgidə təhsil turizmi, idman turizmi, turizm sektorunda informasiya texnologiyaları, ovçuluq və balıqçılıq, kruizlər və “MICE”-turizm kimi bir sıra digər sektorlar işıqlandırılacaq. “AITF 2024” sərgisinin ənənəvi xüsusi sektoru olan “Tibbi və Sağlamlıq Turizmi” sektoru da sərgidə bir çox dünya ölkəsinin həm sanatoriya, həm də sağlamlıq və spa mərkəzləri tərəfindən geniş şəkildə təqdim olunacaq.
Sərgi proqramı biznesin inkişafı, potensial tərəfdaşların cəlb edilməsi və əməkdaşlıq üfüqlərinin genişləndirilməsi üçün platforma olan tədbirlərlə zəngindir.
Belə ki, sərgi çərçivəsində artıq ənənə halını almış və həm mövcud işgüzar əlaqələri gücləndirmək, həm də yeni əlaqələr qurmaq üçün imkan yaradan “B2B” formatlı görüşlər keçiriləcək.
“AITF” sərgisi turizm sahəsində regionun nəhəng tədbiri olmaqla yanaşı, həm də mədəniyyət, yeni təəssüratlar, eləcə də yeni imkan və dostluqlar bayramıdır. Hər il sənaye peşəkarları yeni əlaqələr qurmaqla yanaşı, satış coğrafiyasını da xeyli genişləndirmək, habelə ən son sənaye yenilikləri və təmayüllər barədə məlumat almaq, eləcə də yeni tərəfdaşlar və müştərilər tapmaq üçün səbirsizliklə bu tədbiri gözləyirlər.