AITF 2026- Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak etmək üçün ƏSAS SƏBƏBLƏR!
- AITF sərgisi Azərbaycan və bütün Qafqaz regionunda turizm sənayesinin ən mühüm ixtisaslaşdırılmış tədbiri hesab olunur.
- Hər il Azərbaycan və qonşu ölkələrdən 3 000 çox ziyarətçi sərgini ziyarət edir.
- 2023-cu ildə sərginin auditinə əsasən, ziyarətçilərin 100%-dən 82%-i sənaye mütəxəssisləri olub. Məhz, turizm şirkətlərinin, turizm assosiasiyalarının, mehmanxana və kurortların rəhbərləri, aviaşirkətlərin nümayəndələri, hökumət strukturlar və s.
- İkitərəfli görüşlər (B2B) YALNIZ sərgi iştirakçıları üçün təşkil edilmişdir.
- Sərgi KİV vasitəsi ilə geniş əhatə olunur. Sərginin irihəcmli və keyfiyyətli məlumat bazası üzərində şirkətinizin potensial müştərilərinə bir neçə min pulsuz dəvətnamə göndərilir, ixtisaslaşmış qəzet və jurnallarda məqalələr nəşr olunur, sərgi haqqında xəbərlər yerli və xarici kanallar üzrə yayınlanır və s.
- Şirkətiniz haqqında qısa məlumat sərginin rəsmi kataloqunda yerləşdirilir. İllərdir bu kataloq, turizm sənayesinin peşəkarları üçün bələdçi olaraq xidmət edir və həm ölkə daxilində, həmçinin xaricində yayılır.
- Ziyarətçiləri öncədən onlayn qeydiyyat ilə təmin edirik və sərgiyə hazırlıq prosesi ilə bağlı məlumat göndəririk. Qeydiyyatdan keçmiş ziyarətçilər poçt vasitəsi ilə şəxsi elektron bilet əldə edirlər.
Siz AITF sərgisində yalnız stend kirayə etmirsiniz,
Biznesinizin təşviqi üçün UNİKAL İMKANLAR əldə edirsiniz!