AITF 2023: Turizm sərgi sənayesinin uğurlu canlanması

AITF 2023: Turizm sərgi sənayesinin uğurlu canlanması

6 aprel 2023 0000
Aprelin 6-da Bakı Ekspo Mərkəzində "Caspian Event Organisers" şirkəti tərəfindən təşkil edilmiş AITF 2023 - 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahət Sərgisi öz işini başa çatdırıb. 

Pandemiyanın başa çatmasından sonra AITF 2023 turizm sənayesinin peşəkarları üçün çoxdan gözlənilən tədbir oldu. Sərgi sənayesinin intibahını simvolizə edən bu tədbir, əlbəttə ki, əvvəlki layihələr kimi böyük miqyaslı olmasa da, ölkənin turizm sənayesinin bərpası üçün tendensiyaları uğurla nümayiş etdirdi. Burada beynəlxalq və yerli şirkətlər bazar tələblərini və istehlakçıların marağını qiymətləndirir, rəqabət mühitini öyrənir və inkişaf strategiyasını hazırlayır.   

Dünyanın on beş ölkəsindən əllidən çox şirkət və təşkilat ziyarətçiləri turizm məhsullarının effektiv təqdimatları və bütün dünya üzrə cəlbedici səyahət təklifləri ilə cəlb edən stendlər qurmuşdur. Belarus, Polşa, Özbəkistan və Çexiyanın birləşmiş milli stendləri peşəkarların xüsusi marağına səbəb oldu. Xarici iştirakçıların əksəriyyəti Azərbaycan bazarı üçün xüsusi turizm məhsulları yaratmağa, yerli turistlərin diqqətini maraqlı marşrutlarla, mədəni dəyərlərlə və dadlı milli yeməkləri ilə cəlb etməyə çalışırlar.

Dünyanın müxtəlif ölkələrindən VIP-qonaqlar Azərbaycanın turizm məhsullarını böyük maraqla öyrəniblər; eyni zamanda qeyd edilib ki, bu sahədə prioritetlərdən biri artıq ilk marşrutların çəkildiyi Qarabağ regionunda turizmin yaradılması və təşviqi olub.

Bir çox iştirakçı turizm əlaqələrinin gücləndirilməsində vacib amil kimi bir sıra ölkələrə birbaşa aviareyslərin açılmasını və ev sahibi tərəflərin imkanlarının genişləndirilməsini göstərdi.   

Sərgi rəqəmsal texnologiya dövründə işgüzar əlaqələrin qurulmasının digər formaları üzərində üstünlüyünü bir daha nümayiş etdirdi. Canlı ünsiyyət əvəzolunmaz və çox dəyərlidir. AITF 2023-ün qonaqlarının çoxu bunu vurğuladı.

Bu tədbirin nəticələri iştirakçı şirkətlərin çoxu üçün xoş sürpriz oldu.
İşgüzar əlaqələr və potensial əməkdaşlıq ilə bağlı aparılan müzakirələr müalicəvi-sağlamlıq turizmi, kruiz sənayesi, aviaşirkətlər və s. sahəsində B2B görüşlər və danışıqlar ilə tamamlandı.

Qeyd etmək lazımdır ki, gələn ilin sərgi iyirmi illik yubileyini qeyd edəcək və iştirakçılar ümid edir ki, sərgi pandemiyadan əvvəlki səviyyəsini bərpa edəcək və daha çox xarici qonaqları cəlb edəcək.
 

Rəsmi mehmanxana

Rəsmi bank

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN