Tibbi və kurort turizminin dünya miqyasında şöhrəti

Tibbi və kurort turizminin dünya miqyasında şöhrəti

6 aprel 2023 0000
Bahar Quliyeva, Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi

- Sərgiyə getməzdən əvvəl tədbirin proqramı ilə ətraflı tanış oldum və özüm üçün bir sıra vacib məqamları qeyd etdim. İlk növbədə bunlar forumun birbaşa iştirakçılarıdır - diqqətimi bir neçə maraqlı və eyni zamanda yeni istiqamətlər, eləcə də bir sıra yeniliklər təklif edən şirkətlər cəlb etdi. Ayrıca sərginin iş proqramı da mənim üçün maraqlı idi, proqramda universitetimizin təşkil etdiyi “İstedadlar məkanı: turizm sahəsində mütəxəssis ol” tədbirini qeyd etmək istərdim.

Sahə mütəxəssislərinin bölüşdüyü qonaqpərvərlik təcrübəsi gələcəyimizi əlaqələndirdiyimiz sahədə anlayışlarımızı bir çox cəhətdən genişləndirdi. Eyni zamanda sərginin xüsusi diqqət yetirdiyim bir sıra seqmentlərini də vurğulamaq istərdim - bu, tibbi və kurort turizmidir. Bunlar hazırda dünyada ən çox tələb olunan istiqamətlərdən biridir. Sərgidə müxtəlif ölkələrin nümayəndələri ilə ünsiyyətdə olarkən turizm təhsili imkanları və onların ölkələrində fəaliyyət göstərən ixtisaslaşmış universitetlər ilə bağlı məsələlər də bizi maraqlandırırdı.
 

Rəsmi mehmanxana

Rəsmi bank

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN