Sərgi bir çox gənc mütəxəssisləri cəlb edir

Sərgi bir çox gənc mütəxəssisləri cəlb edir

6 aprel 2023 0000
Samir Abdullayev, "BakuTeam Travel"in meneceri

- Mən turizm agentliyində əməkdaşlıq edirəm və Azərbaycan Turizm və Menecment Universitetində təhsil alıram. Turizm sərgilərinin keçirilməsini bu sahə ilə bağlı bütün təşkilatların və şirkətlərin fəaliyyətində mühüm amil hesab edirəm. Fikrimcə, AITF sahə üzrə bütün mütəxəssislər, eləcə də ixtisaslaşmış təhsil müəssisələrinin tələbələrinin mütləq gəlməli olduğu yerdir.

Sərgini universitetimizin bir qrup tələbəsi ilə birlikdə ziyarət etdik və qeyd etməliyəm ki, öyrəndiyimiz peşə haqqında biliklərimizi genişləndirən çoxlu faydalı məlumatlar aldıq. Bu və ya digər istiqamətlərin, ölkələrin, şəhərlərin necə təmsil olunması, dövlət təşkilatlarının və özəl şirkətlərin turizm potensialını necə təqdim etməsi hər kəsin marağına səbəb oldu.

Düşünürəm ki, sərgilərdə iştirak məhsulunuzu ən cəlbedici şəkildə təqdim etmək təcrübəsini və bacarığını təcəssüm etdirir. Bakı sərgisinin iştirakçıları bunu bacardılar. Sərgidə turizm sənayesinin nümayəndələri ilə təşkil olunmuş panel görüşündə də iştirak etdik, onların biznes təcrübəsi və turizm sənayesinin inkişafı və gənc nəslin burada iştirakı ilə bağlı fikirləri ilə tanış olduq.
    
 

Rəsmi mehmanxana

Rəsmi bank

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN