Məktəb və universitet məzunları üçün "Turizm və qonaqpərvərlik" proqramı

Məktəb və universitet məzunları üçün "Turizm və qonaqpərvərlik" proqramı

6 aprel 2023 0000
Marina Vorobyova, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MDBƏİ) nəzdində kollecinin direktoru

Beynəlxalq təhsil müəssisəmiz məşhur məzunları ilə tanınır. Onların arasında xarici dövlətlərin rəhbərləri də var: Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan, Qırğızıstan prezidentləri və biz fəxr edirik ki, onlar bizim məzunlarımızdır. Biz bütün görüşlərdə və tədbirlərdə bu barədə danışırıq.

Bu dəfə bakalavr və magistrlər üçün həyata keçirdiyimiz təhsil proqramlarının təqdimatı ilə gəlmişik. Bu, məktəb və ali təhsil müəssisələrinin məzunları üçün "Turizm və qonaqpərvərlik" proqramıdır. Proqram şirkət sahiblərinə, brend menecerlərinə, otel şəbəkələrinin menecerlərinə qədər bu istiqamətdə daha da inkişaf etmək istəyən hər kəs üçün nəzərdə tutulur.
Qeyd edim ki, MDBƏİ-də işlənib hazırlanmış proqram Soçi Dövlət Universiteti və Rusiya Beynəlxalq Olimpiya Universitetinin bazasında həyata keçirilir. Təhsil və təcrübə tələbələrin üç ay yaşadığı Soçi şəhərində həyata keçirilir.

Bu proqramı buraya gətirməyimizin bir neçə səbəbi. Proqram dərin dil hazırlığını və gələcəkdə ixtisas sahəsində təlimləri təmin edir. Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq təcrübəmiz mövcuddur, MDBƏİ və ADA universitetlərinin "Maliyyə" adlı birgə MBA proqramı var. Azərbaycandan çoxlu tələbələrimiz, böyük Azərbaycan diasporumuz, Azərbaycandan gələn müəllimlərimiz var. Ona görə də sərgidə iştirak etmək bizim üçün ikiqat xoşdur. 
 

Rəsmi mehmanxana

Rəsmi bank

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN