Peşəkarlarla görüş həmişə sevindirir!

Peşəkarlarla görüş həmişə sevindirir!

6 aprel 2023 0000
Hüseynova Validə, "Room" otelin satış meneceri

Otelin işçisi kimi həmkarlarımızın təklifləri və yenilikləri, onların müştəriləri cəlbetmə üsulları və imkanları, eləcə də bütün qonaqların oteldə rahat qalması ideyaları ilə maraqlandım. Eyni zamanda, yerli və xarici şirkətlərin nümayəndələrinə otelimiz və malik olduğumuz imkanlar barədə məlumat verdim. Perspektivli əməkdaşlıq vəd edən bir çox maraqlı görüşlərim oldu.

Sərgi ümidlərimi doğrultdu. Burada dəyərli məlumatlar aldım. Ancaq biz həmişə daha çox şey istəyirik. Bunlar, ilk növbədə, öz turistlərini Azərbaycana göndərməkdə maraqlı olan şirkətlərdir. Ayrıca tibbi turizm sektoru, sanatoriyalar və kruiz şirkətləri diqqətimi cəlb etdi. Gələn il Avropa şirkətlərinin daha çox iştirakını gözləyirik.

Sərgiyə yalnız peşəkar maraq üçün deyil, həm də potensial turist qismində gəldim. Qarşıda yay tətili vaxtıdır və biz artıq mümkün tətil yerlərini planlaşdırırıq. Bu baxımdan bir sıra maraqlı təkliflər də tapdım. Xüsusilə, Malayziyaya, Özbəkistana, Avropanın bir sıra ölkələrinə səfər etməyi çoxdan arzulamışam. Sonuncular sərgidə çox geniş şəkildə təqdim olunmasa da, qalan istiqamətlər üzrə səyahətin mümkün planlaşdırılması barədə artıq anlayışım var.
 

Rəsmi mehmanxana

Rəsmi bank

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN