Sərgini genişləndirməli və daha çox xarici şirkətləri dəvət etməliyik

Sərgini genişləndirməli və daha çox xarici şirkətləri dəvət etməliyik

6 aprel 2023 0000
Turab İlyasov, "Vertex Travel" turizm şirkətinin direktoru

Mən uzun illərdir ki, turizm sahəsində çalışıram və AITF sərgisini daim ziyarət edirəm. Çox şadam ki, bir qədər fasilədən sonra sərgi  yenidən keçirilir. Sərgidən hər zaman köhnə dostlarla görüşmək və yeni şirkətlər və istiqamətlər ilə tanış olmaq üçün müəyyən gözləntilərimiz var. Sərgi bir daha ümidlərimizi doğrultdu. Maraqlı görüşlərimiz və perspektiv danışıqlarımız oldu.
Turizm Agentliyinin direktoru kimi deyə bilərəm ki, müştərilərimiz həmişə yeni istiqamətlərlə maraqlanır və burada sərgidə bu turizm mövsümündə bölüşməyə hazır olduğumuz bir sıra yeni turizm məhsulları tapdıq. Əvvəllər birbaşa aviareyslərin olmadığı bir sıra ölkələrə birbaşa uçuşların açılması, şübhəsiz ki, imkanlarımızı genişləndirəcək.
Ümumiyyətlə, qeyd etmək istərdim ki, sərgilər istənilən sahə üçün çox vacibdir, lakin xüsusilə turizm üçün! Bu tədbirin istənilən xarici iştirakçısı səfərinin işgüzar hissəsi ilə yanaşı, ölkəmizlə də təmasda olur. Deməli, o, həm də şəhərimizi, mədəniyyətimizi, mətbəximizi və s.-ni nümayiş etdirə biləcəyimiz potensial bir turistdir. Hətta öz ölkələrinə turistləri cəlb etmək məqsədilə sərgiyə gələn ev sahibi şirkətlər gələcəkdə "əks istiqamətdə" adlanan hərəkət haqqında düşünür.
Ona görə də, sərgini genişləndirməli və daha çox xarici şirkətləri dəvət etməliyik. Bu, avtomatik olaraq ölkəmizə cəlbedici turizm istiqaməti kimi müsbət reytinq gətirir.       
 

Rəsmi mehmanxana

Rəsmi bank

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN