Yaxta kruizlərinin peşəkar təşkili

Yaxta kruizlərinin peşəkar təşkili

6 aprel 2023 0000
Kirill Roletski, yacht.az portalının təsisçisi
- Şirkətimiz Xəzər dənizində yaxtalarda yelkənli kruizlərin təşkili, yaxtaların idarə edilməsi üzrə təlim və yaxta kapitanlarının sertifikatlaşdırılması ilə məşğul olur. Bundan əlavə, yelkən komandası ilə idman yarışlarında, qayıq yarışlarında iştirak edirik. AITF 2023 sərgisinə marağım yerli turizm şirkətlərinə yaxta gəzintilərinin təşkilini təklif etmək arzusu ilə bağlıdır. Yaxtaçılarımızı xaricə göndərmək üçün xarici şirkətlərlə də işgüzar əlaqələr qurmaq istərdik. Təklif etdiyimiz məhsul Azərbaycan üçün unikaldır və buna görə də təkliflərimiz rəğbətlə qarşılandı.
Mən özüm Peterburqdanam. Doğma şəhərimin stendini burada görmək çox xoş idi. Həmçinin, çoxdandır ki, Gürcüstana getmək arzusundayam. Burada çox maraqlı təkliflər tapdım. Bu yay mövsümündə mütləq ora gedəcəyəm.
Sərgi rəqəmsal texnologiya dövründə hər hansı digər ünsiyyət forması üzərində üstünlüklərini bir daha nümayiş etdirdi. Canlı ünsiyyət əvəzolunmaz və çox dəyərlidir. Buna AITF-də bir daha əmin oldum. Hər hansı işgüzar yazışma, nə qədər dolğun olursa olsun, mütəxəssislərin canlı dialoqunu və hətta sadə səmimi əl sıxışmasını əvəz edə bilməz.   
 

Rəsmi mehmanxana

Rəsmi bank

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN